Hekayəmiz
TapÇağır xaricdə yaşayan bir azərbaycanlının sadə bir müşahidəsindən doğuldu: niyə Azərbaycanda evinə usta çağırmaq hələ də bu qədər çətin olmalıdır? Bir borunuz axanda, lampanız sönəndə, kondisioneriniz işləməyəndə etibarlı, sürətli və şəffaf bir yol olmalıdır.
Biz xaricdə yaşayarkən gördük ki, bir çox ölkələrdə ev xidmətləri saniyələr içində əlçatandır. Telefonu çıxarır, tapır, çağırırsan. Amma Azərbaycanda hələ də tanışdan soruşursan, qruplardan axtarırsan, rəy oxuya bilmirsən. Biz bunu dəyişmək istədik.
Missiyamız
Missiyamız sadədir: Azərbaycanda hər şeyi əlçatan etmək. İnsanlara rahat xidmət sunmaq, peşəkarları müştərilərlə birbaşa birləşdirmək və hər iki tərəfin işini asanlaşdırmaq. Heç bir ara komissiya, heç bir gizli ödəniş, sadəcə şəffaf bir platforma.
İstər santexnik axtarırsınız, istər elektrikçi, istər təmizlikçi, TapÇağır sizə dəqiqələr içində yoxlanılmış, rəyləri oxuya biləcəyiniz, başlanğıc xidmət haqqını görə biləcəyiniz peşəkarları təqdim edir.
Ustalarımız üçün
TapÇağır yalnız müştərilər üçün deyil, peşəkar ustalar üçün də yaradılıb. Biz inanırıq ki, hər bacarıqlı ustanın müştəri tapmaq üçün asanlıqla istifadə edə biləcəyi bir platforma layiqdir. Öz profilini yarat, rəyləri topla, qalan hissəsini biz asanlaşdırırıq.
Başlanğıc planımız tamamilə pulsuzdur. Sən işinlə məşğul ol, biz səni müştərilərlə birləşdirək.
IE Group
TapÇağır, IE Group şirkətinin məhsuludur. IE Group Azərbaycan bazarına yönəlmiş texnoloji həllər hazırlayan bir şirkətdir. Hədəfimiz Azərbaycanda gündəlik həyatı asanlaşdıran, keyfiyyətli və əlçatan rəqəmsal məhsullar yaratmaqdır.
Bizimlə əlaqə
Suallarınız, təklifləriniz və ya əməkdaşlıq istəkləriniz varsa, bizimlə əlaqə səhifəmizdən əlaqə saxlaya bilərsiniz. Fikirləriniz bizim üçün vacibdir.