
Azərbaycanda usta xidməti saytları: Ən sərfəli və etibarlı seçim hansıdır?
Hazırda Azərbaycanda usta çağırmaq üçün bir neçə məşhur sayt var. Amma onların arxa fonunda necə bir sistem işləyir? Hansı platforma sizin cibinizə girir, hansı sizi fırldaqçılardan qoruyur? Gəlin, bazardakı əsas oyunçuları birlikdə təhlil edək.
Korporativ və Qarantiyalılar: cagir.az və 166 Usta
Bu platformalar "özümü sığortalamaq istəyirəm, pulu önəmli deyil" deyənlər üçündür.
Necə işləyir? Siz sifariş verirsiniz, şirkət öz bazasından boşda olan bir ustanı qapınıza göndərir. Probleminiz olanda usta ilə yox, birbaşa şirkətlə yaxa-yaxaya gəlirsiniz.
Müsbət tərəfi: Zəmanət var. İş səhv gedərsə, məsuliyyəti korporativ bir şirkət daşıyır.
Mənfi tərəfi: Bu sığortanın bir bədəli var qiymət. Şirkət həm öz xərclərini, həm də ustadan aldığı komissiyanı qiymətin üzərinə gəldiyi üçün fərdi bazara nisbətən daha çox pul ödəyirsiniz. Üstəlik, evinizə gələn ustanı özünüz seçmirsiniz.
Rəqəmsal "cəngəllik": tap.az və ustalar.az
Bu saytlar usta axtarışının "Vəhşi Qərb"idir. Burada hər kəs var.
Necə işləyir? Sayta daxil olub elanlara baxırsınız, nömrəni götürüb zəng edirsiniz və qiyməti özünüz razılaşdırırsınız.
Müsbət tərəfi: Çeşid çoxdur və qiyməti öldürmək üçün tam azadsınız.
Mənfi tərəfi: Tam bir qapalı qutudur. Zəng etdiyiniz adamın həqiqətən peşəkar, yoxsa "dünən öyrənib bu gün usta olmuş" biri olduğunu bilmirsiniz. Heç bir real rəy sistemi və zəmanət yoxdur. Fırıldaqçılıq riski ən yüksək olan seqmentdir.
Dar Mütəxəssislər: servis.az
Daha çox spesifik cihazların təmirinə fokuslanıblar.
Necə işləyir? Məsələn, yalnız paltaryuyan və ya kondisioner ustası lazımdırsa, sistem sizi uyğun mütəxəssisə yönləndirir.
Müsbət tərəfi: Konkret problemlər üçün ixtisaslaşmış komanda tapmaq rahatdır.
Mənfi tərəfi: Sabit provayderlərlə işləyirlər, yəni eyni iş üçün fərqli ustalardan rəqabətli (daha ucuz) qiymət təklifləri almaq şansınız çox azdır.
Oyunu Dəyişən Model: tapcagir.com
İndi isə gələk yuxarıdakı bütün platformaların boşluqlarını tutmağa çalışan nisbətən yeni və fərqli bir modelə - tapcagir.com-a. Bu platforma köhnə qaydaları bir kənara qoyub, dünyada "Uber" və ya "Airbnb"nin istifadə etdiyi məntiqi Azərbaycandakı usta bazarına gətirir. Niyə fərqlidir?
Ustadan Komissiya Alınmır (Bəs bu sizə nə verir?)
Əksər platformalar ustadan hər işə görə 15-30% komissiya tutur. Təbii ki, usta da bu zərəri bağlamaq üçün qiyməti şişirdir. tapcagir.com-da komissiya "0" olduğu üçün usta 100% qazanc əldə edir. Bu isə birbaşa olaraq müştəriyə təklif olunan qiymətin süni şəkildə artmasının qarşısını alır. İşi daha ucuz və ədalətli qiymətə həll edirsiniz.Şəffaf Rəy və Reytinq Sistemi
Tap.az-dan fərqli olaraq burada "bəxtəbəxt" seçim etmirsiniz. Ustanın profilinə girəndə ondan əvvəl xidmət almış onlarla insanın rəyini və verdiyi ulduzları görürsünüz. Pis usta sistemdə qala bilmir, yaxşı usta isə rəylərlə daha çox sifariş alır. Şirkət deyil, icma zəmanəti var.
Hər İxtisasa Uyğun Xüsusi Kateqoriyalar:
Saytın ən böyük üstünlüklərindən biri də budur ki, siz ümumi bir "usta" dənizi içində itmirsiniz. Hər sahənin öz xüsusi bölməsi var. Məsələn, boru partlayıbsa birbaşa Santexnik bölməsinə, şkafınızı yığdırmaq lazımdırsa Mebel ustası səhifəsinə daxil olursunuz. Yay aylarında Kondisioner ustası, qışda isə Kombi təmiri ustalarını asanlıqla tapmaq mümkündür. Həmçinin Elektrik, Paltaryuyan maşın ustası, Tikinti və Təmir kimi onlarla spesifik kateqoriya sayəsində axtardığınız mütəxəssisi bir toxunuşla tapa bilirsiniz.Bloqlar:
Bəlkə də ən böyük "müştəri dostu" gediş budur. Əksər usta saytları kombinin su təzyiqi düşəndə dərhal sizə pullu usta satmağa çalışır. tapcagir.com isə bloqlar vasitəsilə kiçik nasazlıqları evdə özünüzün necə həll edə biləcəyinizi öyrədir. Bu, sadəcə pul qazanmaq yox, həqiqətən dəyər yaratmaq istəyən bir brend imici formalaşdırır.
Əgər proseslə ümumiyyətlə maraqlanmaq istəmirsinizsə və "nə qədər pul lazımdırsa verim, təki özləri həll etsin" deyirsinizsə, cagir.az və ya 166 Usta ideal seçimdir.
Əgər vaxtınız çoxdursa və ən ucuz qiyməti axtarışa çıxıb risk götürməyə hazırsınızsa, tap.az karınıza gələcək.
Amma həm usta seçimində sükanı öz əlinizdə saxlamaq, həm başqalarının təcrübəsinə (rəylərə) əsaslanaraq
güvənli qərar vermək, həm də komissiyasız model sayəsində pulunuza qənaət etmək istəyirsinizsə, tapcagir.com hazırda bazardakı ən məntiqi və istifadəçi yönümlü ekosistemi təklif edir. Hələ üstəlik, usta çağırmamışdan əvvəl bloqa göz atıb problemi bəlkə də tam pulsuz həll edə bildiniz. Seçim sizindir!


